AZ

Sibel Can illər sonra imicini dəyişdi: Yeni görkəmi ilə təəccübləndirdi

Türkiyəli məşhur müğənni Sibel Can yeni "Drama" albomu üçün görünüşündə ciddi dəyişiklik edib. Belə ki, uzun illərdir saçlarında tünd tonlara üstünlük verən 54 yaşlı ifaçı gözlənilmədən onları sarı rəngə boyayıb.

 

İfaçı yeni imici ilə bağlı görüntüsünü özünün "Instaqram" hesabında paylaşıb.

 

Onun görünüşü sosial mediada gündəm olub.

 

Qeyd edək ki, Sibel Can karyerasının 24-cü albomu olan "Drama"da ümumilikdə 12 əsər yer alır. Albom beş il fasilədən sonra musiqisevərlərə təqdim edilib./Oxu.az

 

Tarix: 20 Fevral 2025, 08:40   
Seçilən
42
4
pravda.az

5Mənbələr