AZ

Arayik Harutyunyan və Arkadi Qukasyan bu gün sorğu-sual ediləcək

Bu gün Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edəcək.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçiriləcək.

Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə baxılır.

Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.

Qeyd edək ki, sonuncu məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsinin elanını başa çatdırıb.

Daha sonra həmin gün məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev təqsirləndirilən şəxslər Arayik Harutyunyana və Arkadi Qukasyana qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, onlara istinad edilən əməllərin hüquqi tövsifini, həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı və təqsirləndirilən şəxslərin malik olduğu hüquqları izah edib, habelə özlərini təqsirli bilib-bilməmələrinə dair suallar ünvanlayıb.

Arayik Harutyunyan və Arkadi Qukasyan məhkəməyə müraciət edərək müdafiəçiləri ilə konfidensial görüş keçirmək istədiklərini, bundan sonra suallara cavab verəcəklərini bildiriblər. Bu səbəbdən prosesin davamı bu günə təyin olunub.

Bu gün keçirilən prosesdə Arayik Harutyunyan və Arkadi Qukasyan sualları cavablandıracaq.

Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.

Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.

Məhkəmədə dövlət ittihamını onlar müdafiə edir:

Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev

Seçilən
0
2
publika.az

5Mənbələr