AZ

Azərbaycan neftinin qiyməti 78 dolları ötüb

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə0,92 ABŞ dolları və ya 1,19% artaraq 78,40 dollar/barel təşkiledib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,94 dollar və ya 1,23%bahalaşaraq 77,02 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,66 dollar və ya 0,99% artaraq 61,35 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstəricidən 0,83 dollar və ya 1,1%artaraq 76,54 dollar/barel təşkil edib.

Fevralın 20-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
22
10
az.trend.az

10Mənbələr