AZ

Lökbatanda yük və minik avtomobili toqquşub, ər-arvad ölüb

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Vasif Hüseynovun idarə etdiyi "Mercedes Actros" markalı yük avtomobili ilə Şövqi Kərimovun idarə etdiyi BMW markalı avtomobil toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü Şövqi Kərimov və sərnişini olan həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
18
19
operativmm.az

10Mənbələr