Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu poliomielit virusunun yayılması ilə əlaqədar Qəzza zolağında 600 minə yaxın uşağı peyvənd edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat verib.
Bildirilib ki, fevralın 22-dən 26-dək 10 yaşa qədər 591 mindən çox uşaq peyvənd olunacaq.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Qəzza zolağının müxtəlif bölgələrindən götürülmüş nümunələrin 88%-də virusun mövcudluğu müəyyən edilib. Buna səbəb virusun dağılmış infrastruktur səbəbindən yaranan antisanitar şəraitdə sürətlə yayılmasıdır.