Bakı. Trend:
2025 - ci ilin yanvar ayında Türkiyənin Ceyhan limanı 1 milyon776 min 279 ton yük qəbul edib.
Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyəbayrağı altında üzən 34 min 93 ton yük, digər ölkələrin bayraqlarıaltında üzən gəmilərlə isə 1 milyon 742 min 186 ton yükdaşınıb.
2025 - ci ilin yanvar ayında Ceyhan limanından 2 milyon 652 min957 ton tranzit yük aşırılıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Türkiyə limanları 37milyon 417 min 998 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 708 min 146 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altındagəmilərlə yük daşınması 34 milyon 709 min 852 ton olub”, – deyənazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar ayında Türkiyəlimanlarından 5 milyon 883 min 4 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar ayındaTürkiyə limanları 33 milyon 232 min 804 ton yük qəbul edib.
“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 2 milyon 368 min676 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 30 milyon 864 min 128 tontəşkil edib”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarındaTürkiyə limanlarından 69 milyon 64 min 361 ton transit yükdaşınıb.
Bununla yanaşı, 2024-cü ilin dekabr ayında Türkiyə limanlarından5 milyon 194 min 876 ton transit yük daşınıb.
Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyə limanları 4 min 580gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 122, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə min 458 olub.
2024-cü ilin yanvar ayında Türkiyə limanları 4 min 352 gəmiqəbul edib.