Bakı. Trend:
2025 - ci ilin yanvar ayında Türkiyənin Gemlik limanı 1 milyon126 min 290 ton yük qəbul edib.
Trend xəbərverir ki, barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Gemlik limanından Türkiyəbayrağı altında üzən 145 min 442 ton yük, digər ölkələrinbayraqları altında üzən gəmilərlə isə 980 min 848 ton yükdaşınıb.
2025 - ci ilin yanvar ayında Gemlik limanından 162 min 849 tontranzit yük aşırılıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Türkiyə limanları 37milyon 417 min 998 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 708 min 146 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altındagəmilərlə yük daşınması 34 milyon 709 min 852 ton olub”, – deyənazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar ayında Türkiyəlimanlarından 5 milyon 883 min 4 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar ayındaTürkiyə limanları 33 milyon 232 min 804 ton yük qəbul edib.
“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 2 milyon 368 min676 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 30 milyon 864 min 128 tontəşkil edib”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarındaTürkiyə limanlarından 69 milyon 64 min 361 ton transit yükdaşınıb.
Bununla yanaşı, 2024-cü ilin dekabr ayında Türkiyə limanlarından5 milyon 194 min 876 ton transit yük daşınıb.
Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyə limanları 4 min 580gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 122, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə min 458 olub.
2024-cü ilin yanvar ayında Türkiyə limanları 4 min 352 gəmiqəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyəbayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdənbildirilib.