AZ

5 yaşlı Dəniz nənəsinin şəkər dərmanlarından ölübmüş

Beyləqanda 5 yaşlı Dəniz Tahirli valideyninə məxsus olan dərmanları udduğu üçün zəhərlənərək ölüb. 

"Cebheinfo.az" ATV -yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında, azyaşlı nəzarətsiz olan zaman baş verib. 

Belə ki, 5 yaşlı Dəniz nənəsinin dərmanlarını udaraq zəhərlənib. 

Azyaşlının qohumunun sözlərinə görə, hadisədən 15-20 dəqiqə sonra valideynləri Dənizin zəhərləndiyini bilib:

“Bilmədən nənəsinin şəkər dərmanlarını yeyib. Evin kiçik uşağı valideynlərinə deyib ki, bacısı dərman yeyib. Valideynləri onu dərhal xəstəxanaya aparıblar. Yarım saatdan sonra isə uşaq dünyasını dəyişib”. 

TƏBİB-dən verilən məlumata görə, 2020-ci il təvəllüdlü azyaşlıya dərman zəhərlənməsi diaqnozu təyin edilib və reanimasiya tədbirləri görülüb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq uşağın ölüm faktı qeydə alınıb. 

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
11
8
cebheinfo.az

9Mənbələr