AZ

"Liverpul” xal itirdi


İngiltərə Premyer Liqasında XXIX turun təxirə salınmış oyunu keçirilib

Bakupost.az xəbər verir ki, "Liverpul" səfərdə "Aston Villa"nın qonağı olub. Görüşdə qalib müəyyənləşməyib - 2:2.


Hesabı 29-cu dəqiqədə Mersisayd təmsilçisinin hücumçusu Məhəmməd Salah açıb. 38-ci dəqiqədə Yuri Tilemans tarazlığı bərpa edib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Olli Uotkins yenidən meydan sahiblərini önə keçirib. Görüşdə son nöqtəni isə 61-ci dəqiqədə Trent Aleksander-Arnold qoyub.

Bu nəticədən sonra "Liverpul" 61 xalla turnir cədvəlinə başçılıq edir. 39 xalı olan "Aston Villa" isə 9-cudur.

Seçilən
17
3
bakupost.az

4Mənbələr