AZ

Bu gün sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdiriləcək

Bakı. Trend:

Bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkarmüharibənin hazırlanması və aparılması, soyqırımı, müharibəqanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğumaliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlamavə digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən ErmənistanRespublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan,Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan vədigərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesininbaxış iclası davam etdiriləcək.

Trend xəbərverir ki, ötən məhkəmə iclası zamanı iş üzrə ittiham aktınınnəticəvi hissəsinin elanı başa çatıb.

Bugünkü məhkəmə iclası təqsirləndirilən şəxslərin hər birinəonlara qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyəti, onlaraistinad edilən əməllərin hüquqi tövsifi və həmin əməllərə görəcinayət qanunu ilə nəzərdə tutulan cəzaların izah olunması, irəlisürülmüş ittihamlar üzrə özlərini təqsirli bilib-bilməmələrinə dairsualların aydınlaşdırılması ilə davam etdiriləcək.

Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - HarutyunyanArayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki,İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, QazaryanErik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri,Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan QarikQriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma,hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadəedən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Məqalədə:
Seçilən
4
49
az.trend.az

10Mənbələr