Bakı. Trend:
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, 100 illiyisilsilə tədbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və SənayeUniversitetinin yaranmasının tarixini bundan sonra Balaxanı hasilatərazisində bir əsrlik yaşı olan neft quyusu adında əks etdirəcək.“ADNSU-100’ adlanan quyu barədə sertifikatı “Balakhani OperatingCompany LTD”-nin prezidenti Rövşən Rzayev ADNSU rektoru, dosentRüfət Əzizova təqdim edib.
“Danışır sənaye” silsilə mühazirələri çərçivəsində universitetinmüəllim və tələbə heyəti qarşısında çıxış edən Rövşən Rzayev “Neftsənayesinin dayanıqlı gələcəyi: istiqamətimiz haradır?” mövzusundafikirləri ilə bölüşüb.
O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev, akademix XoşbəxtYusifzadə və saylı digər tanınmış xadimlərin adlarını daxil edənADNSU məzunları yüksək peşəkarlıqla Vətənimizin enerji sektorunuyaradanlardır. 4cü Sənaye İnqilabı dövründə dayanıqlılıqstandartlarını yüksəltməyə çalışan hasilat şirkətlərinin bu günyeni təfəkkürlü, innovativ, bilikli gənclərə böyük ehtiyacıvar:
“Enerji sərvətlərimizin işləniməsi məsuliyyətli və dayanıqlışəkildə aparılmalıdır ki, Azərbaycanın rifahına və qlobal enerjitəhlükəsizliyinə töhfə verməkdə davam etsin. Balaxanı ƏməliyyatŞirkəti ADNSU ilə əməkdaşlıq quraraq, sinif otağı ilə sənayenibiri-birinə yaxınlaşdırıb, qarşılıqlı şəkildə yeni ideya vəinovativ təcrübələrlə çıxış edib, ölkəmizin neft və qaz hasilatınındayanıqlılıq erasını birgə quracaq”.
ADNSU rektoru, dosent Rüfət Əzizov isə dioqqətə çatdırıb ki,tarixi bir əsri aşan Dövlət Neft və Sənaye Universitetimiz yüksəkpotensiala malik təhsil ocağı olmaqla yanaşı, sənayeyə ən yaxın alitəhsil müəssisələrindən biridir. O, bildirib ki, bu günkü tədbirdətəmsil olunan hər iki təşkilat üçün insan kapitalının formalaşması,xalqa, dövlətə xidmət əsas hədəflərdəndir. Bu baxımdan şirkətlətəhsil müəssisəsi arasında qurulan əməkdaşlıq müsbət nəticəverəcək:
“Əməkdaşlığımızda üç ümumi istiqamət vacibidir- müasir işmühitinə uyğun kadrlar yetişdirmək üçün təhsil və tədqiqatproqramlarının həyata keçirilməsi, sənayenin təcrübəsindən istifadəedərək ADNSU tələbəsinin təhsildə keçirdiyi hər gününə praktikifaydanın qatılması, ekoloji mühafizə və dayanıqlılıq naminə elməəsaslann innovativ həll yollarının birgə işlənilməsi”.
Tədbir çərçivəsində tərəflər arasında Anlaşma Memorandumuimzalanıb. Daha sonra ADNSU-nun rektoru “Balakahni OperatingCompany LTD”-nin prezidenti Rövşən Rzayevə “ADNSU-nun 100 illiyiYubiley medalı”nı təqdim edib. Qeyd edək ki, Preizdent İlhamƏliyevin qərarı ilə təsis olunan "Azərbaycan Dövlət Neft və SənayeUniversitetinin 100 illiyi (1920-2020) yubiley medalı” elm, təhsil,habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş,bu sahələrin inkişafına xüsusi töhfə vermiş şəxslərə təqdimolunur.
ADNSU-dakı “Danışır sənaye” silsilə mühazirələri çərçivəsindəuniversitetə gələn qonaqlar Azİİ e-Kitab Evi və Tarix muzeyindəolub, Türkiyə-Azərbaycan Dostluq Mərkəzi və Şəhidlər üçünucaldılmış Abidə kompleksini ziyarət ediblər. Ulu Öndər HeydərƏliyevin büstü önünə əklil qoyulub.