AZ

Cavid Kəngərli vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Muxtar oğlu Kəngərli vəzifəsindən azad edilib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov fevralın 19-da Sərəncam imzalayıb.

Ali Məclis sədrinin birinci müavininin digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Xidmətin rəis müavini Tural Rasim oğlu Abdulzadəyə həvalə edilib.

Seçilən
79
13
avtosfer.az

10Mənbələr