AZ

Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça" cavab matçına çıxır



Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

aia.az xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” öz meydanında "AZ-Alkmaar"la qarşılaşacaq. İstanbul klubu Niderlandda keçirilən ilk görüşdə rəqibinə 1:4 hesabı ilə uduzmaqla mərhələ adlamaq şansını xeyli azaldıb.

Türkiyənin digər klubu "Fənərbağça" isə Belçikada "Anderlext"in qonağı olacaq. Joze Mourinyonun komandası ilk görüşdə 3:0 hesablı qələbə qazanmaqla cütün taleyini böyük ölçüdə həll edib.

20 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab qarşılaşmaları

21:45. “Budyo Qlimt” (Norveç) - “Tvente” (Niderland)

İlk oyun - 1:2

21:45. “Qalatasaray” (Türkiyə) - AZ (Niderland)

İlk oyun - 1:4

21:45. FCSB (Rumıniya) - PAOK (Yunanıstan)

İlk oyun - 2:1

21:45. “Portu” (Portuqaliya) - “Roma” (İtaliya)

İlk oyun - 1:1

00:00. “Ayaks” (Niderland) - "Yunion" (Belçika)

Ilk oyun - 2:0

00:00. “Viktoriya” (Çexiya) - “Ferentsvaroş” (Macarıstan)

İlk oyun - 0:1

00:00. “Real Sosyedad” (İspaniya) - “Midtyullan” (Danimarka)

İlk oyun - 2:1

00:00. “Anderlext” (Belçika) - “Fənərbağça” (Türkiyə)

İlk oyun - 0:3

aia.az



Seçilən
13
25
aia.az

10Mənbələr