Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsində cavab matçları keçiriləcək

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbol azarkeşlərinin əsas diqqəti Türkiyə klublarının oyunlarına yönələcək.

İstanbulda "Qalatasaray"ı "AZ Alkmaar"la çətin qarşılaşma gözləyir. Ötən həftə Hollandiyada ağır məğlubiyyətə düçar olan "Cim Bom"un oyunu Bakı vaxtı ilə saat 21:45-də başlanacaq. İstanbulda havanın kəskin soyuması, şəhərə güclü qar yağması meydançada futbolçuların işinə əngəl törədə bilər. 

Türkiyənin "Fənərbaxça" komandası isə səfərə nisbətən rahat yollanıb.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab qarşılaşmaları

21:45 “Qalatasaray” (Türkiyə) - AZ (Niderland) (ilk oyun - 1:4)

21:45 “Budyo Qlimt” (Norveç) - “Tvente” (Niderland) (ilk oyun - 1:2)

21:45 FCSB (Rumıniya) - PAOK (Yunanıstan) (ilk oyun - 2:1)

21:45 “Portu” (Portuqaliya) - “Roma” (İtaliya) (1:1)

00:00 “Anderlext” (Belçika) - “Fənərbaxça” (Türkiyə) (ilk oyun - 0:3)

00:00 “Ayaks” (Niderland) - "Yunion" (Belçika) (ilk oyun - 2:0)

00:00 “Viktoriya” (Çexiya) - “Ferentsvaroş” (Macarıstan) (ilk oyun - 0:1)

00:00 “Real Sosyedad” (İspaniya) - “Midtyullan” (Danimarka) (ilk oyun - 2:1)