AZ

Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mançester Siti"nin özbək müdafiəçisi Abdukodir Xusanov "Santyaqo Bernabeu"da "Real Madrid"lə Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda (3:1) "şəhərlilər"in heyətində startda meydana çıxmaqla uğura imza atıb.
Oxu.Az "Opta" nəşrinə istinadən xəbər verir ki, 20 yaş 356 günlük olan Xusanov turnirin pley-off mərhələsində debüt edən ikinci ən gənc oyunçu olub.
Rekord 2014-cü ilin martında 19 yaş 128 günlük olarkən "Real Madrid"ə qarşı "Şalke" forması ilə oyuna çıxan türkiyəli Kaan Ayhana məxsusdur.
Qeyd edək ki, iki görüşün nəticəsinə görə, rəqibini 6:3 hesabı ilə üstələyən "Real Madrid" növbəti mərhələyə yüksəlib.
Seçilən
83
22
oxu.az

10Mənbələr