Goranboyda təcili yardım maşını piyadanı vuraraq öldürüb.
Yenisabah.az "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Təcili Tibbi Yardım maşını yolu qarşı tərəfə keçən 2004-cü il təvəllüdlü Cahangir Orucovu vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız