Türkiyə valyuta birjalarında dollar və avro yenidən lirə qarşısında bahalaşıb.
“Cebheinfo.az” xəbər verir ki, dollar 0.12 faiz bahalaşaraq 36.33 lirəyə yüksəlib. Avronun məzənnəsində isə 0.37 faiz artım qeydə alınıb. Hazırda 1 avro 38.01 lirə səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, bu məzənnələr yalnız birjalarda keçərlidir.