Şəhid polkovnik-leytenant Sadiq Məmmədov Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
“Cebheinfo.az” xəbər verir ki, Xocavənd döyüşləri zamanı şəhid olan Sadiq Məmmədovun üç övladı yadigar qalıb.
Övladları Səbinə və Sənan 2023 və 2024-cü illərdə buraxılış imtahanlarında yüksək nəticə ilə fərqləniblər.
Bu nəticəyə görə “YAŞAT” Fondunun Almaniya və Böyük Britaniyada təşkil etdiyi yay məktəblərində iştirak ediblər.