AZ

Təcrübəsiz sürücülər bu avtomobilləri almasın – XƏBƏRDARLIQ

“Sürücülük vəsiqəsini yeni almış və ilk avtomobilini seçən sürücü bahalı maşın almamalıdır”.

Avtosfer.az xəbər verir ki, bu barədə avtomobil eksperti Petr Bakanov deyib.

Onun sözlərinə görə, yeni sürücülər texniki vəziyyəti pis olan və ya iri avtomobil almaqdan çəkinməlidir:

“Bahalı və mühərriki güclü avtomobilləri sadə səbəbə görə almamalısınız - sükan arxasında ilk il yarım-2 ildə ehtiyatsızlıq ucbatından qəzaya düşmə riski yüksəkdir”.

Bakanov bildirib ki, ilk il yarımdan sonra sürücü cəsarətli olur. Onda yanlış idarəetmə hissi yaranır və qəzanın sürəti və riski artmağa başlayır.

Ваш

Ekspert xəbərdarlıq edir ki, ilk olaraq böyük avtomobildən də qaçmaq lazımdır, çünki təcrübəsiz sürücü onun ölçülərinə nəzarət etməkdə çətinlik çəkəcək:

“Əgər sürücü texnikaya həvəsli və yaxud da təmirə vaxt sərf etməyə hazır deyilsə, adi texniki vəziyyəti pis olan böyük avtomobil almaqdan qaçınmalıdır”.

Ehtiyat hissələri daha ucuz, İcbari sığortası və Kasko sığortası ucuz olan balaca - yığcam avtomobildən başlamaq daha yaxşıdır:

“Hyundai”, “Toyota” və “Mercedes” kimi sadə, idarə edilə bilən və təmiri asan başa gələn ikinci əl avtomobillərdən istifadə məsləhətdir. Əgər belə avtomobillərədən birini yaxşı vəziyyətdə alsanız, sahibinə ciddi başağrısı yaratmaz”.

 

Namiq Musayev

Seçilən
28
1
avtosfer.az

2Mənbələr