NTD yeni transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, Bakı təmsilçisi amerikalı basketbolçu Kevin Alleni heyətinə qatıb.
Mərkəz forvardı mövqeyində oynayan yeni transfer mövsümün sonuna qədər NTD-də çıxış edəcək.
Qeyd edək ki, 30 yaşlı Allenin son klubu İordaniya “Amman Yunayted”i olub.
İdman.biz