Aparıcı Vüsalə Səid yeni vəzifəyə təyin olunub.
OLAY yazır ki, bu haqda Vüsalə özü məlumat yayıb.
V.Səid bildirib ki, o, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio verilişləri” QSC-nin Xəbərlər departamentinin rəhbəri təyin olunub.
Qeyd edək ki, V.Səid bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsindən ayrılıb.
O, uzun müddət AzTV və İTV-də fəaliyyət göstərib.
