AZ

“Rusiya istəsə Ukrayna şəhərlərini qısa müddətdə məhv edər” — TRAMP

Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu istəmir.

Ağ Ev rəhbəri Donald Tramp bunu Mar-a-Laqodakı malikanəsində jurnalistlərə açıqlamasında bildirib.

“Onlar Kiyevi bombalamadılar, çünki düşünürəm ki, ora çoxlu raket atmaq istəmirlər. Bu prosesi cəmi 20% həyata keçirdilər, 100% yox. Əgər onlar bunu 100% etmək istəsəydilər, yəqin ki, bu, çox tez bir şəkildə baş verərdi. Amma Ukraynada elə şəhərlər var ki, onlar tamamilə dağıdılıb”, – Tramp vurğulayıb.

ABŞ Prezidenti Zelenskiyə də müraciət edərək, onun Ukraynanın danışıqlar masasına buraxılmaması ilə bağlı bəyanatını xatırladıb.

“3 ildir bu işlə məşğulsan. Bunu 3 il əvvəl bitirməliydin, heç başlamamalıydın. Razılaşa bilərdin”, – Ağ Ev rəhbəri deyib.

Seçilən
9
7
demokrat.az

8Mənbələr