AZ

Avropa Liqasında 1/16 final mərhələsinə yekun vururlur

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025 mövsümünün pley-off (1/16 final) mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Arena.az xəbər verir ki, bütün oyunları eyni günə təsadüf edəcək.

Türkiyə təmsilçilərindən “Qalatasaray” doğma arenada “Alkmar”la (Niderland) görüşəcək. “Fənərbağça” isə Belçikada “Anderlext”in qonağı olacaq. İstanbul klublarından biri ilk oyunda darmadağına sevinibsə, digəri böyük hesabla uduzub.

“Portu” səfərdə “Roma”nın müqavimətini qırmağa çalışacaq. İtaliya və Portuqaliya klublarının ilk oyununda qalib müəyyənləşməyib. Norveç təmsilçisi “Bodo Qlimt” doğma meydanda Niderlandın “Tvente” komandasını qəbul edəcək.

Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.

Avropa Liqası
1/16 final mərhələsinin cavab oyunları
20 fevral

21:45. “Bodo Qlimt” (Norveç) – “Tvente” (Niderland)
İlk oyun – 1:2

21:45. “Qalatasaray” (Türkiyə) – “Alkmaar” (Niderland)
İlk oyun – 1:4

21:45. “Styaua” (Rumıniya) – PAOK (Yunanıstan)
İlk oyun – 2:1

21:45. “Portu” (Portuqaliya) – “Roma” (İtaliya)
İlk oyun – 1:1

00:00. “Ayaks” (Niderland) – “Yunion” (Belçika)
Ilk oyun – 2:0

00:00. “Viktoriya” (Çexiya) – “Ferentsvaroş” (Macarıstan)
İlk oyun – 0:1

00:00. “Real Sosyedad” (İspaniya) – “Midtyulland” (Danimarka)
İlk oyun – 2:1

00:00. “Anderlext” (Belçika) – “Fənərbağça” (Türkiyə)
İlk oyun – 0:3

Seçilən
49
25
arena.az

10Mənbələr