Sea Breeze

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Qaraqaşlı kəndinin sakinləri ilə səyyar görüş keçirib. ⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Cəngan kənd ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Qaraqaşlı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, regionda sabitliyi şərtləndirən vacib amillərdəndir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Çıxışçılar Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, regionda sabitliyin qorunması və gücləndirilməsi baxımından çox mühüm, strateji əhəmiyyətə malik olduğunu, həmçinin bu prosesin, həm Azərbaycanın daxili, həm də xarici siyasətində əsas hədəflərdən biri olması haqqında iştirakçılara geniş məlumat veriblər.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası regionda sabitliyin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu, yalnız Azərbaycanın öz daxili təhlükəsizliyini və inkişafını təmin etmək üçün vacib deyil, həm də regional əməkdaşlıq, iqtisadi inkişaf və sülhün qorunması üçün əsas şərtdir. Azərbaycanın ərazi bütövlüyü məsələsi, xüsusən Qarabağ münaqişəsi kontekstində, ölkənin xarici siyasətində mühüm rol oynayır və regiondakı digər ölkələrə də təsirsiz keçmir. Ölkəmizin sabitliyi və ərazi bütövlüyü, iqtisadiyyatın inkişafı və sosial rifahın artması üçün əlverişli mühit yaradır. Eyni zamanda, regional əməkdaşlıq və beynəlxalq hüquq çərçivəsində Azərbaycanın mövqeyini gücləndirir. Bu, yalnız Azərbaycanın deyil, ümumiyyətlə, Cənubi Qafqaz və regionunun təhlükəsizliyinə və stabilliyinə müsbət təsir göstərir.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını özünə qaytarmaq vəzifəsidir. Xalq və dövlət birliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad olundu və xalqımız bir daha sübut etdiki öz Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi, konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun yenidən təmir olunması, sənədsiz evlərin sənədləşməsinə və şəxsi evinə qaz çəkilməsinə köməklik, kənddaxili yolun təmiri, milliön ödəmə aparatının quraşdırılması və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar, göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

ETX
ETX
ETX