AZ

Şuşada restoranların dövriyyəsi 2 dəfə böyüyüb

Şuşada 2024-cü ildə ictimai iaşə dövriyyəsi 6 milyon 553 min manat olub.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə bu 2023-cü illə müqayisədə 3 milyon manat 165 min manat və ya 2,1 dəfə artıb.

2023-cü ildə rayonda ictimai iaşə dövriyyəsi 3 milyon 165 min manat olub.

Qeyd edək ki, ötən ilin nəticələrinə görə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 374 milyon manat təşkil edib. Məlumata görə ölkənin kafe və restoranlarının dövriyyəsi illik müqayisədə 332,8 milyon manat (16,3%) artım baş verib.

Seçilən
5
fed.az

1Mənbələr