AZ

“Ağdam Residence” yaşayış kompleksində ilkin olaraq 6 yaşayış binası inşa edilib

1,55 hektar ərazini əhatə edən “Ağdam Residence” yaşayış kompleksi inşa edilib.

“Ağdam Residence” yaşayış kompleksi 1,55 hektar ərazini əhatə edir. Kompleksin ərazisində ilkin olaraq 6 yaşayış binası inşa edilib.

Operativ Media AZƏTAC-a istinadən xəbər verir ki, tarixi  Ağdamın yeni baş planına əsasən şəhərdə həm fərdi evlər, həm də ortamərtəbəli yaşayış binalarının inşa olunması planlaşdırılır. Bu baxımdan “Ağdam Residence” yaşayış kompleksi işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən ilk yaşayış komplekslərindən biridir.

“Ağdam Residence” layihəsinin tikinti rəhbəri Emin Cəfərov bidirib ki, kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir. Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.

Seçilən
26
operativmedia.az

1Mənbələr