Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Azərbaycan Dəmir Yollarının (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 22 və 23 fevral tarixlərində əlavə qatar reysləri təyin edir. ADY-dən 1news.az-a bildirilib ki, eyni zamanda Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür. Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz. 