Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsi hazırlanacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" -in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.