AZ

Prezident “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ni təsdiq etdi

2021-ci il noyabrın 27-də Aşqabad şəhərində imzalanmış “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi” təsdiq edilib.

İctimai Rəy xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun imzalayıb.

Qeyd edək ki, fevralın 3-də Milli Məclisdə “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi” ratifikasiya edilib.

İƏT Təmiz Enerji Mərkəzi İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində yaradılan regional qurumdur. Mərkəzin əsas vəzifələri enerji təhlükəsizliyi, enerjiyə çıxış və iqlim dəyişikliklərinin təsirlərinin azaldılması istiqamətində üzv dövlətlər arasında bərpaolunan enerji və enerji səmərəliliyinin təşviq edilməsidir. Mərkəzin əsas vəzifələri regional əməkdaşlığı inkişaf etdirmək, dayanıqlı enerji layihələrini həyata keçirmək, texniki dəstək göstərmək və qlobal enerji məsələləri ilə bağlı bilik və məlumatlılığı artırmaqdır. Qərargahı Bakı şəhərində yerləşən Mərkəz, Rəhbərlər Şurası, İcraçı Şura, Katiblik və Texniki Komitənin dəstəyi ilə fəaliyyət göstərir.

İƏT Təmiz Enerji Mərkəzinin yaradılması üzv dövlətlərin bərpaolunan enerji və enerji səmərəliliyinin təşviqi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və davamlı enerji həllərinin inkişafı sahəsindəki kollektiv səylərini əks etdirir. Xüsusilə Azərbaycanın Mərkəzə ev sahibliyi etməsi onun regional enerji təşəbbüslərində strateji rolunu vurğulayır. Nizamnamənin 27 noyabr 2021-ci il tarixində keçirilən İƏT Nazirlər Şurasının 28-ci iclasında imzalanması ətraf mühit problemlərinin kollektiv şəkildə həlli və təmiz enerji layihələrinin həyata keçirilməsi sahəsində üzv dövlətlərin nümayəndələrinin imzaları ilə təsdiqlənərək Mərkəzin məqsəd və vəzifələrinə sadiqliyini nümayiş etdirir.

Mərkəz fəaliyyətlərini aşağıdakı istiqamətlər üzrə ixtisaslaşmış Tematik Mərkəzlər vasitəsilə həyata keçirir:

Bərpa olunan enerji;
İqlim dəyişikliyi;
Potensialın artırılması;
Tədqiqat və inkişaf;
Maliyyə.

Seçilən
12
42
ictimairey.az

10Mənbələr