AZ

Sabahın havası

Sabahın

Fevralın 21-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya xidmətindən “Ulusum”.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.Gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı, bəzi yolların isə buz bağlayacağı ehtimalı var.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-7° şaxta olacaq.Bəzi rayonlarda yolların buz bağlama ehtimalı var.

Diqqət Çəkənlər

Spiker İran parlamentinin sədri ilə görüşüb

ABŞ Ukraynaya könüllüləri göndərirmi?

Tramp Zelenskinin populyarlıq məlumatlarını dəstəkləyib

Seçilən
49
49
ulusum.az

10Mənbələr