AZ

Qazaxıstan taxılı Azərbaycan bazarında mövqeyini möhkəmləndirir

Astana, 20 fevral, AZƏRTAC

2024-cü ilin sentyabrından 2025-ci il fevralın 16-dək olan dövrdə Qazaxıstan taxılının Azərbaycana ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə (2023-cü ilin sentyabrı - 2024-cü il fevralın 16-sı) 79 dəfə artaraq 319 min tona çatıb.

AZƏRTAC bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycana və digər ölkələrə tədarükün artması Qazaxıstan taxılının ixrac daşımalarının ümumi artımı fonunda baş verir ki, bu da qeyd olunan dövrdə 48,3 faiz təşkil edib, ümumilikdə isə 5,3 milyon tona çatıb.

Ötən ilin yekunlarına görə, 10,6 milyon ton taxıl daşınıb, o cümlədən bu məhsulun 2,5 milyon tonu ölkə daxilində istehlaka, 8,1 milyon tonu isə ixraca yönəldilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
7
1
azertag.az

2Mənbələr