AZ

Bu istiqamətdə əlavə reys təyin olundu

ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 22 və 23 fevral tarixlərində əlavə qatar reysləri təyin edir.

 

Sfera.az xəbər verir ki, eyni zamanda, ADY-nin Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərsiniz.

 

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az), "ADY Mobile" tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Seçilən
1
32
sfera.az

10Mənbələr