Masallı sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Masallı rayonunun Qarğalıq kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini, 2012-ci il təvəllüdlü Ayxan Əzizov qonşusunun evində odlu silahla ehtiyatsız davranıb və silahdan açılan atəş nəticəsində başından xəsarət alıb. O, aldığı xəsarətdən ölüb.
Qeyd edək ki, Ayxan Əzizov Azərbaycan Ordusunun giziri, şəhid Elvin Əzizovun oğludur. Elvin Əzizov Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.