Bakı. Trend:
Azərbaycan Abu-Dabi Qlobal Bazarı ilə mümkün gələcək əməkdaşlıqperspektivləri ətrafında fikir mübadiləsi aparıb.
Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.
Belə ki, bu, Mərkəzi Bankın sədri Taleh Kazımovun Birləşmiş ƏrəbƏmirliklərinə səfəri çərçivəsində beynəlxalq maliyyə mərkəzi olanƏbu-Dabi Qlobal Bazarında olduğu zaman baş tutub.
Qeyd olunub ki, görüş çərçivəsində mərkəzin təqdim etdiyiimkanlar, ölkədə və regionda innovasiyaların və maliyyətexnologiyalarının təşviqi ilə əlverişli biznes mühitininformalaşdırılmasına verdiyi töhfələr nəzərdən keçirilib.
Vurğulanıb ki, həmçinin, mərkəzlə mümkün gələcək əməkdaşlıqperspektivləri ətrafında fikir mübadiləsi aparılıb.