AZ

Qriqoryan Ermənistanın yeni milli təhlükəsizlik strategiyasından danışdı

Baş nazir Nikol Paşinyanın qərarı ilə Ermənistanın milli təhlükəsizlik strategiyasını nəzərdən keçirmək üçün idarələrarası komissiya yaradılacaq. Komissiyaya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoyan rəhbərlik edəcək.

Modern.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində “dəyişikliklərin hansı istiqamətdə baş verəcəyi barədə hələ danışa bilmərik” deyib.

O, bildirib ki, bu vaxta qədər əsas müzakirələr iş qaydaları ilə bağlı olub və bununla məhdudlaşıb.

“Milli təhlükəsizlik strategiyasına yenidən baxılması zərurəti Ermənistanın təhlükəsizlik mühitində baş verən dəyişikliklərlə əlaqədar yaranıb. Siz çox yaxşı bilirsiniz ki, əvvəlki milli təhlükəsizlik strategiyası 2020-ci ilin yayında hazırlanaraq dərc edilib, ondan sonra Ermənistan ətrafında böyük dəyişikliklər baş verib. Həmçinin, bu dəyişikliklərin dinamikasını nəzərə alaraq, biz bir müddət gözlədik və müəyyən aydınlıq əldə edərək, yeni milli təhlükəsizlik strategiyası hazırlamaq qərarına gəldik”.

Onun sözlərinə görə, işlərə başlanılıb.

“Bütün proses açıq olacaq”.

Seçilən
21
modern.az

1Mənbələr