Bakı. Trend:
Nəsimi rayonunda avtoxuliqanlıq edən iki sürücü həbs edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.
Bildirilib ki, Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsininəməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsiməqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxtərazisində idarə etdikləri nəqliyyat vasitələri ilə avtoxuliqanlıqedən iki sürücü - E.Qasımov və N.Nəsirov saxlanılıblar.
Həmin şəxslər barəsində toplanmış material və sübutlar məhkəməyəgöndərilib.
Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinəməhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunublar.