AZ

Ukraynanın bundan sonrakı taleyi keşməkeşli olacaq - ÖZƏL

"Ukraynanın bundan sonrakı taleyi əlbəttə ki, bir qədər keşməkeşli olacaq, çətinliklər yaşanacaq, amma vəziyyət çıxılmaz deyil". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Ukrayna birincisi, Trampın hakimiyyətdə olduğu müddətdə, yəqin ki, çətinliklərlə üz-üzə qalacaq, bu mərhələni səbrlə atlatmalı olacaqlar. Əlbəttə, Avropa bir qədər hərəkətli olsa, yəqin ki, Ukrayna özünü toplaya bilər. Amma bəllidir ki, Ukrayna məsələsində Avropa deyil, Amerika Birləşmiş Ştatları daha qərarlı, qətiyyətli idi. İndi Trampın bu davranışlarından sonra faktiki olaraq Ukrayna, Amerika Birləşmiş Ştatlarından əlini üzməli olacaq. Belə bir şəraitdə Ukraynanın çətinlikləri artacaq. Amma dediyim kimi, vəziyyət çıxılmaz deyil. Tramp da əbədi olaraq Amerika Birləşmiş Ştatlarının prezidenti olan deyil. Bu baxımdan, Ukrayna sadəcə olaraq Azərbaycanın Qarabağda sərgilədiyi təmkini bir müddət yaşamalı olacaq. Amma o da bəllidir ki, Rusiya dövlətinin çöküş proqramı işləyir. Yəni Rusiya dağıdılacaq, yerində 41 yeni dövlət qurulacaq və bu dövlətlər, müstəqil dövlətlər artıq Ukrayna üçün heç bir təhlükə təşkil etməyəcək. O cümlədən də, başqa qonşu dövlətlər üçün. Belə bir şəraitdə əlbəttə ki, Ukrayna öz torpaq bütövlüyünü qoruyacaq, normal bir dövlət kimi davam edəcək. İndiki mərhələ isə çətinliklər mərhələsidir, o da keçəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr