Hindistanda məbəddə keçirilən dini bayram zamanı faciə baş verib. Metbuat.az xəbər verir ki, iki fil atəşfəşanlıqdan qorxduğu üçün xaosa səbəb olub. Nəticədə üç nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb. Məlumata görə, Koyilandının Kuruvangad şəhərindəki Manakulanqara məbədində baş verən hadisə 2 qadın və 1 kişinin ölümü ilə nəticələnib. Qorxmuş fillərin yaratdığı xaos zamanı 36 nəfərin yaralandığı bildirilib. Hadisə zamanı fillər festival üçün tikilmiş müvəqqəti tikilini dağıdıb. Bildirilib ki, məbəd yürüşdə iki filin nümayişinə icazə alıb. Kerala Baş Naziri Pinarayi Vijayan 3 nəfərin ölümü ilə nəticələnən faciəvi hadisə ilə bağlı başsağlığı verib.