AZ

Zaqatalada məktəblilərin qar sevinci - Fotolar

Şəki-Zaqatala bölgəsinin yüksək dağlıq əraziləri ağ örpəyə bürünüb.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, bu, qış mövsümünün ilk qarıdır və son 20 ildə qarın yağması bu qədər gecikməyib.

Həmişəki kimi qar bölgənin yüksək dağlıq ərazilərinə daha çox yağıb. Aranda isə sulu qar və yağış müşahidə olunub.

İlk qarın sevincini əsasən məktəblilər yaşayıblar. Kimi dərsarası tənəffüsdə, kimi də dərsdən sonra vaxtını qarla oynamağa ayırıb.





Seçilən
8
3
qafqazinfo.az

4Mənbələr