AZ

Prezidentdən Fərid Qayıbovla bağlı FƏRMAN

Gənclər və idman nazirinin səlahiyyətləri artırılıb.

"Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyev imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.Nazirin səlahiyyətləri sırasına dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürmək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla nazirlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək və nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər vermək daxil edilib.Qeyd edək ki, hazırda gənclər və idman naziri Fərid Qayıbovdur.

Seçilən
52
34
bakuinfo.net

10Mənbələr