AZ

Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası onlayn keçiriləcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dilini öyrənənlərindil bacarıqlarının (dinləyib-anlama, danışma, oxuyub-anlama vəyazı) beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutanödənişsiz sınaq imtahanın təşkil edilməsi üçün hazırlıq işləri başaçatıb.

Trendxəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yaxın günlərdə Mərkəzin rəsmi saytında sözügedənonlayn platforma istifadəçilərə təqdim olunacaq. İmtahana yazılmaqistəyən istifadəçilər öncədən qeydiyyatdan keçərək onlayn formadasınaq imtahanında iştirak edə biləcəklər.

"Nəzərinizə çatdırırıq ki, imtahanda iştirak etmək üçünqeydiyyat mütləqdir, toplanan məlumatlar yoxlama-ölçməmateriallarının təkmilləşdirilməsi, effektivliyinin artırılmasıməqsədi daşıyır və yalnız tədqiqat xarakterlidir. İstifadəçilərinməxfiliyi tam şəkildə qorunacaq.

Bu imtahan modeli Avropa təhsil sistemində dillər üzrə tədrisproqramlarının, dərsliklərin, imtahanların hazırlanmasında əsasgötürülən Ümum-Avropa Tövsiyə Çərçivə Sənədinə (The Common EuropeanFramework of Reference for Languages (CEFR) əsaslanaraq Dövlətİmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənintəşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Dillər Universitetininəməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva vəFidan Ələsgərova tərəfindən dosent, filologiya üzrə fəlsəfə doktoruJalə Qəribovanın redaktorluğu ilə hazırlanıb.

CEFR-də olduğu kimi, Azərbaycan Dili Sertifikasiya İmtahanmodelində də 6 dil səviyyəsi - A1, A2, B1, B2, C1, C2müəyyənləşdirilib. Ödənişsiz sınaq imtahanında iştirak etməkistəyən hər kəs qeyd olunan səviyyələr üzrə 4 blokdan ibarətimtahan suallarını cavablandıraraq prosesi tamamlaya biləcəklər",-deyə məlumatda qeyd edilib.

Seçilən
42
5
az.trend.az

7Mənbələr