AZ

ATV-nin yayımı müvəqqəti dayandırılır? - Yenilənib

Bu gün günün ikinci yarısında “Azad Azərbaycan” telekanalının yayımı müvəqqəti dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azad Azərbaycan”ın feysbuk səhifəsində paylaşım edilib.

“Azad Azərbaycan” MTRK-nın serverlərində planlaşdırılmış profilaktik işlərlə bağlı rəqəmsal platformalardan yayım (“stream”) və bu yayımı istifadə edən digər platformalarda canlı yayım (“stream”) fevralın 20-si günün ikinci yarısında müvəqqəti dayandırılacaq”, - paylaşımda qeyd olunub.

***

ATV-nin Mətbuat xidmətindən saytımıza bildirilib ki, telekanalın sadəcə sayt üzərindən yayımı müvəqqəti dayandırılacaq.

Seçilən
93
48
qafqazinfo.az

10Mənbələr