AZ

Arslan Bektaşi: ""Turan dövlətləri birliyinin yaradılması inşaatın inkişafına töhfə verəcək"

"Həmişə inşaat və əmlak sektoruna, tikinti sektoruna kredit vasitəsilə dolayı yolla dəstək olmuşuq"

FED.az xəbər verir ki, bunu  Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumunda  Rabitəbank ASC-nin korporativ kreditlər şöbəsinin rəhbəri Arslan Bektaşi deyib.

O çıxışında bildirib ki, "Rabitəbankın 28 filial şəbəkə ilə fəaliyyət göstərir. Ölkədə 100- dən çox ATM-si var, demək olar ki, bütün böyük şəhərlərdə fəaliyyət göstəririk. İnşaat və əmlak sektoruna keçdikdə biz həmişə tikinti sektoruna kredit vasitəsilə dolayı yolla dəstək olmuşuq.

O əlavə edib ki, Azərbaycan Qarabağ müharibəsindən sonra inkişaf edir, 30 il sonra qovuşduğumuz torpaqlarımızda inşaat layihələri həyata keçirilir və ciddi investisiya layihələri keçirilir. Ölkənin inşaat sektoru inkişaf edir. Banklar hər zaman tikinti işi ilə məşğul olan sahibkarların yanındadır. Layihələrə toxunmuşkən birini də qeyd edim ki, Mərkəzləşdirilmiş Mərkəzi Bank şurasının yaradılması və növbəti mərhələdə Turan dövlətlərinin vahid ödəmə sisteminin yaradılması müzakirə olunur .

"Turan dövlətləri birliyinin yaradılması inşaatın inkişafına töhfə verəcək" deyə Arslan Bektaşi qeyd dib.

Seçilən
27
fed.az

1Mənbələr