AZ

Pakistan HDQ Akademiyasının nümayəndə heyəti MMU-nu ziyarət ediblər

Fevralın 20-də Pakistan HDQ Akademiyasının nümayəndə heyəti MMU-nu ziyarət ediblər

Azərbaycan Respublikasında səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu"nun dinləyiciləri Milli Müdafiə Universitetində (MMU) olublar.

Operativ Media Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata istinadən xəbər veriri ki, Şəhidlər xiyabanını ziyarətlə başlayan səfər çərçivəsində qonaqlar Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların məzarlarını ziyarət edib, gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.
MMU-ya gələn qonaqları qarşılayan MMU rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

 

Seçilən
14
4
operativmedia.az

2Mənbələr