Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın XXV turunun "Qalatasaray" - "Fənərbağça" oyununu idarə edəcək hakimin adını açıqlayıb.
Qarşılaşma sloveniyalı FIFA referisi Slavko Vinçiçə həvalə edilib.
Yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç olacaq. Dördüncü hakim funksiyasını Kadir Sağlam yerinə yetirəcək.
Slavko Vinçiç ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Niderlandda PSV və İtaliyanın “Yuventus” klubları arasında keçirilmiş cavab oyununu (3:1) idarə edib.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək İstanbul derbisi Türkiyəl vaxtı ilə saat 20:00-dəl start götürəcək.