Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasındaqeydiyyatda olan yeddi yol təmir istismar şirkəti fəaliyyətinidayandırıb.
Trend-in əldəetdiyi məlumata görə, fəaliyyətini dayandıran "Ordubad Yol Təmirİstismar", "Sədərək Yol Təmir İstismar", "Şahbuz Yol Təmirİstismar" və "Babək Yol Təmir İstismar", "Kəngərli Yol Təmirİstismar", "Şərur Yol Təmir Tikinti İstismar" Məhdud MəsuliyyətliCəmiyyətləri “Naxçıvan Yol Təmir Tikinti” MMC-yə qoşulur.
Bu qoşulma nəticəsində “Naxçıvan Yol Təmir Tikinti” MMC yenidəntəşkil edilir və adı “Naxçıvan Yol Təmir Tikinti İstismar” MəhdudMəsuliyyətli Cəmiyyəti olaraq dəyişdirilir.
Qeyd edək ki, "Babək Yol Təmir İstismar" MMC 2007-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-ninqanuni təmsilçisi Əsgərov Arif Əsgər oğludur.
"Ordubad Yol Təmir İstismar" MMC 2017-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-ninqanuni təmsilçisi İsazadə Türkan İsa oğludur.
"Sədərək Yol Təmir İstismar" MMC 2008-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 min manat olan MMC-ninqanuni təmsilçisi Zamanov Malik Vəliyev oğludur.
"Şahbuz Yol Təmir İstismar" MMC 2007-ci ildə dövlət qeydiyyatınaalınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisiDadaşov Səbuhi Bəşir oğludur.
"Kəngərli Yol Təmir İstismar" MMC 2008-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-ninqanuni təmsilçisi Mehdiyev Çingiz Mehman oğludur.
“Şərur Yol Təmir Tikinti İstismar" MMC 2007-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-ninqanuni təmsilçisi İbrahimov Mikayıl Məmməd oğludur.