AZ

ABŞ prezidenti Tramp özünü “kral” adlandırdı- FOTO

ABŞ prezidenti Tramp Truth Social hesabında paylaşdığı yazıda özünü tərifləyib.

Turkustan.az xəbər verir ki, Nyu Yorkda tıxaclara uyğunlaşdırılmış qiymətləri ləğv etdiyini açıqlayan Tramp, "Tıxac qiymətləri öldü. Manhetten və bütün Nyu York xilas oldu. Yaşasın kralımız!" ifadəsini işlədib.

Bu açıqlamadan sonra Ağ Evin rəsmi X hesabında Trampı başında tacı olan bir kral kimi təsvir edən jurnalın üz qabığı paylaşılıb.

Tramp və Ağ Evin “kral” temalı paylaşımları sosial mediada diqqət mərkəzinə düşüb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
13
1
turkustan.az

2Mənbələr