
2023-cü ilin oktyabrından Qəzza zolağında aparılan hərbi əməliyyatlar nəticəsində 48 300-dən çox fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu məlumatları Fələstin anklavının Səhiyyə Nazirliyi yayıb.
“2023-cü ilin oktyabrından bəri İsrailin hərəkətləri qurbanlarının sayı 48 319 nəfərə çatıb, daha 111 749 nəfər yaralanıb”, - məlumatda deyilib.