AZ

Faktiki hava: Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir


Milli Hidrometeorologiya Xidmətinin fevralın 20-si saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Xidmətdən verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında, o cümlədən Şərur, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Gəncə, Beyləqan, Tovuz, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Xınalıq, Şabran, Şahdağ, Yardımlı, Lerik, Fizuli, Şuşa, Xankəndi, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlıda qar yağır.

Şahbuz, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Biləsuvar, Lənkəran, Astara, Ağdamda yağış müşahidə olunur.

Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27, sarı xəbərdarlığa uyğun olaraq isə Şahdağda 20 metrədək güclənib. Xəzər dənizində dalğanın hündürlüyü 3,8 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1°, Aran rayonlarında 5°, Naxçıvan Muxtar Respublikasında 5°-dək isti, dağlıq rayonlarda isə 12°-dək şaxta qeydə alınıb.
Seçilən
60
21
sherg.az

10Mənbələr