AZ

"Lenovo" proqnozdan çox - 18,8 milyard dollar gəlir açıqladı - "Deepseek"in faydası

Çinin texnologiya şirkəti "Lenovo" rüblük gəlir və xalis mənfəət göstəricilərində gözləntiləri üstələyən əhəmiyyətli artım qeydə alıb. Şirkət, eyni zamanda, "DeepSeek" süni intellekt modelinin məhsullarına inteqrasiyasının fəaliyyətinə müsbət təsir göstərəcəyini bildirib.  

Valyuta.Az xəbər verir ki, süni intellekt əsaslı serverlərə güclü tələbatın təsiri ilə "Lenovo"nun III rübdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 18,8 milyard dollara çatıb. Bu göstərici analitiklərin 17,8 milyard dollarlıq proqnozunu geridə qoyub.  

Xalis mənfəət isə ötən illə müqayisədə iki dəfədən çox artaraq 693 milyon dollara yüksəlib və orta hesabla 367,7 milyon dollar olacağı gözlənilən proqnozları üstələyib.  

Şirkət daha çox fərdi kompüterləri ilə tanınsa da, son illərdə proqram təminatı və xidmətlər sahəsinə genişlənərək fəaliyyətini şaxələndirib. Bununla yanaşı, süni intellekt tətbiqlərinə artan tələbdən faydalanmaq üçün AI server və proqram təminatı biznesini inkişaf etdirib.  

"Lenovo" ilk süni intellekt əsaslı fərdi kompüterlərini keçən ilin may ayında Çində təqdim edib və sentyabrda qlobal bazara çıxarıb. Şirkətin baş icraçı direktoru Yan Yuançinq bildirib ki, 2025-ci ilə qədər AI kompüterləri "Lenovo"nun ümumi tədarükünün dörddə birini təşkil edəcək, 2027-ci ilə qədər isə bu göstəricinin 80%-ə çatması mümkündür.  

"Lenovo"nun serverləri əhatə edən infrastruktur həlləri bölməsinin gəliri dekabr rübündə əvvəlki illə müqayisədə 59% artıb.  

Bulud əsaslı proqram təminatı xidmətləri təklif edən həllər və xidmətlər bölməsi isə illik müqayisədə 12% artımla 2,3 milyard dollar gəlir əldə edib.  

"Lenovo"nun Honq-Konqda ticarət olunan səhmləri ilkin olaraq nəticələrdən sonra bahalaşsa da, sonradan 6% ucuzlaşıb. Bununla belə, ilin əvvəlindən bəri şirkətin səhmləri ümumilikdə 17% dəyər qazanıb.  

Rəhim

Seçilən
12
50
valyuta.az

10Mənbələr